İrem Derici xəstəxanalıq oldu

13 Sentyabr 2017 21:33

Müğənni İrem Derici xəstəxanaya yerləşdirilib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, qida zəhərlənməsi diaqnozu ilə xəstəxanalıq olan ifaçının vəziyyəti orta ağırdır.

İrem bu səbəbdən Ankaranın Polatlı əyalətdə verəcəyi konserti də təxirə salıb.

Bu barədə İnstaqram səhifəsində qeyd edən Derici Polatlı xalqından üzr istəyib:

"Sabah (13. 09 .2017) baş tutacaq olan Ankara konserti qidadan zəhərlənməyə görə həkimin göstərişi ilə iki günlük təxirə salınır. Çəkdiyim ağrını sizə izah edə bilmirəm, xəstəxanada yerdə sürünürdüm. Sevənlərimdən və bütün Polatlı xalqından üzr istəyirəm. Ən yaxın vaxtda görüşmək ümidi ilə..."

Milli.Az