Ndlovudan het-trik gözləyənlər də var

12 Sentyabr 2017 13:37

"Qarabağ"ın Çempionlar Liqasının qrup mərhələsində "Çelsi" ilə keçirəcəyi oyun təkcə Azərbaycanda səbirsizliklə gözlənilmir.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Cənubi Afrikada da bu qarşılaşmaya maraq böyükdü.

Azarkeşlər bu gün Londonda baş tutacaq oyunda məhz "Qarabağ"ı dəstəkləyəcəklər. Səbəb isə sadədi: cənubi afrikalı futbolçu Dino Ndlovunun "Qarabağ"da çıxış etməsi.
 
Tvitter-də fəallıq nümayiş etdirən afrikalılar həm Dinoya, həm də "Qarabağ"a uğurlar arzulayıblar. Aralarında 27 yaşlı forvardın bu gecə het-trik edəcəyinə inanan da var. "Çelsi" - "Qarabağ" matçı ilə bağlı cənubi afrikalı azarkeşlərin bəzilərinin tvitterdə paylaşdıqları fikirləri təqdim edirik:
 
Şei (jurnalist) - Dino Ndlovu ("Qarabağ") Çempionlar Liqasında "Çelsi" ilə qarşılaşacaq. Bu, xüsusi andı.
 
Metanoya - Ndlovu bu gecə "Çelsi"yə qol vuracaq.
 
Lerato Mkondo - Bütün gözlər Dinoda olacaq. "Stemford Bric"də ən yaxşısını edin. Sizinlə fəxr edirik.
 
Zola Doda - Adətən, "Çelsi"yə qarşı oynayan futbolçulara uğur arzulamıram. Ancaq Dino Ndlovuya görə, bu dəfə istisna olacaq. Uğurlar, qardaş!
 
Mncedisi Qualana - Bu gün "Qarabağ"ın ən böyük azarkeşi olacağıq. Çünki orda Ndlovumuz var.
 
Sovetan - Dino "Stemford Bric"də "Çelsi"yə qarşı özünü sübut etməyə hazırdı.
 
Bokisi - Ndlovu bu gecə het-trik edəcək.
 
Qeyd edək ki, bu gün keçiriləcək "Çelsi" - "Qarabağ" görüşü Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində