Mütəxəssislər üç yaşa qədər uşaqların televizora baxmasını tövsiyə etmirlər

13 Sentyabr 2017 23:42

Son zamanlar uşaqlar və gənclərin televizor qarşısında çox zaman keçirmələri mütəxəssisləri narahat edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, türkiyəli ekspertlər televizora baxaraq çox şey öyrənməyin mümkünlüyünü, lakin bunun uşaqlarda erkən yetişkənliyə yol aça biləcəyini bildiriblər.

Uşaqların və gənclərin televizor qarşısında keçirilməli olduqları ideal vaxtları açıqlayan alimlər 3 yaşa qədər uşaqların ekran başında olmasını məsləhət görmürlər. Üç-altı yaşarası uşaqların otuz dəqiqə, ibtidai sinif şagirdlərinin 45 dəqiqə, orta məktəb şagirdlərinin bir saat və liseydə təhsil alanların 2 saatdan çox televizora baxması tövsiyə olunmur.

Ekran qarşısında vaxt keçirmə üç yaşa qədər uşaqlar üçün xüsusi təhlükə törədir. Türkiyəli ekspertlər bildiriblər ki, həmin yaş qrupunda beynin inkişafı çox sürətlə irəliləyir. Bu dövrdə uşaqların 5 duyğu orqanını aktiv şəkildə istifadə etmələri lazımdır. Onlardan birini digərinə nisbətən daha fəal işlətməsi beynin inkişafına mane törədir. Uşaqlar ekran başında olarkən yalnız görmə və eşitmə hissiyyatını daha çox istifadə edir, toxunmaq, dad bilmək, qoxulamaq kimi duyğular həmin an deaktiv olur. Bundan əlavə, ekran asılılığı beyninin fiziki quruluşuna da mənfi təsir göstərir. Ona görə də görüntünün hər üç saniyədən bir dəyişilməsi gərəkdir.

Milli.Az