"Eksperimentalniy", "Semaşka" - Bu, sərnişinlər arasında çaşqınlıq yaradır - VİDEO

11 Sentyabr 2017 21:57

"Valadark","Eksperimentalniy", "Semaşka".

Milli.Az bildirir ki, paytaxtdakı avtobusların trafaretlərinə hələ də sovet dövründən qalma adlar yazılır.

Sənişinlər bu adların əksəriyyətinin hazırda dəyişdiyini və harasa gedəndə məkanı tapmaqda çətinlik çəkdiklərini deyirlər. Bəzi vətəndaşlar isə həmin ünvanların bu adlarla daha yaxşı yadda qaldığı qənaətində olsalar da onlar da dəyişdirilməsinin tərəfdarıdır.
Məsələylə bağlı daşıyıcı şirktin nümayəndələri ilə əlaqə saxladıq. Bəziləri müsahibə verməkdən boyun qaçırsada, bəziləri yaxın vaxtda bu ünvanların yeniləri ilə əvəz ediləcəyini bildirdi.

Eskpertlər isə adların bu cür təhrif edilməsinin qanunsuz olduğunu deyirlər. Avtobusların üzərində ünvanların adları rəsmi sənədlərdə olduğu kimi dəqiq yazılmalıdır. Əks halda onlar Bakı Nəqliyyat Agentliyi qarşısında götürdüyü öhdəliyi pozmuş olurlar. /xezerxeber.az

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin: