"Nyukasl Yunayted" futbolçularına 20 milyon funt

10 Sentyabr 2017 23:52

"Nyukasl Yunayted" İngiltərə Premyer Liqasına vəsiqə qazanandan sonra komandanın qarşısına yeni tapşırıqlar qoyulub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, klubun sahibi Mayk Eşli "Nyukasl"ın İngiltərə Kubokunu qazanacağı halda böyük həcmdə mükafat ayırmağa hazırdır. Turnirdəki uğura görə 20 milyon funt ayrılacaq. Ölkə Kubokunda "sağsağanlar" sonuncu dəfə 1954/55 mövsümündə qalib olub. Onlar finalda "Mançester Siti"ni 3:1 hesabıyla məğlub etmişdi.

Milli.Az