Alzheimer xəstəliyi, beynin müəyyən bölgələrinin quruluşuna və funksiyasına təsir edən beyindəki kiçilən qisimlər nəticəsində ortaya çıxır.
Bu müddətin başlanğıcına nəyin səbəb olduğu hələ tam olaraq bilinmir.
Beyin quruluşu və Alzheimer xəstəliyi
Milli.Az lent.az-a istinadən bildirir ki, Alzheimer xəstəsi olan adamın beyin quruluşunda bəzi dəyişikliklər meydana gəlir. Sağlam hüceyrələr getdikcə azalır və kiçilir. Çox vaxt, beyin hüceyrələri də iki növ qüsur meydana gətirir:
Nörofibrillyar yumaqlar: bunlar, qida maddələrini və digər əhəmiyyətli strukturların hüceyrənin bir hissəsindən digərinə keçməsini təmin edən beyin hüceyrələri içindəki bükümlü liflərdir.
Beta-amiloid vallar: Bunlar, sinir hüceyrələri arasında yığılan yapışqan zülal yığınlarıdır.
Yumaqlar və vallar ətraflarındakı sağlam beyin hüceyrələrinə zərər verir. Ziyan görən hüceyrələr ölür və beyin kiçilir. Sonra isə bu dəyişikliklər, yaddaş itkisi, danışma problemləri, qarışıqlıq və ruhi dəyişmələr kimi Alzheimer əlamətlərinə səbəb olur.
Alzheimer xəstəliyinin risk faktorları
Hələ nəyin və ya nələrin Alzheimer xəstəliyinə səbəb olduğu bilinmir, ancaq bəzi faktorların Alzheimer xəstəliyini inkişaf etdirmə riskini artırdığı haqqında fikirlər irəli sürülür.
Yaş
Yaş, Alzheimer xəstəliyinin inkişafında ən əhəmiyyətli faktor olaraq bilinir. 65 yaşına gəldikdən sonra vəziyyətin inkişaf ehtimalı hər beş ildə iki qatına çıxır.
Bununla yanaşı, bu vəziyyət bütün yaşlı insanların Alzheimer xəstəliyinin inkişaf riskini daşıdığı mənasını vermir. Bir ümumiləşdirmə etmək lazım olsa, Alzheimer xəstəsi olan 20 adamda yalnız 1 adam 65 yaşın altındadır. Buna erkən başlanğıclı Alzheimer xəstəliyi də deyilir və əksərən, 40 yaş ətrafında olan insanlara təsir edir.
Genetik faktorlar
Ailə üzvlərindən gələn genlərin Alzheimer xəstəliyi inkişaf etdirmə riskini artırdığı fikirlər irəli sürülür. Ancaq, ailə fərdi nə qədər uzaq olsa, xəstəliyin inkişaf riski də o qədər azdır. Bununla yanaşı, Alzheimer xəstəliyi, tək bir genin irsi hala gəlməsindən də qaynaqlana bilir və bu vəziyyət xəstəliyin inkişaf riskini olduqca artırır.
Daun sindromu
Daun sindromlu insanların Alzheimer xəstəliyinə tutulma riski daha yüksəkdir. Bunun səbəbi, Daun sindromuna səbəb olan genetik pozğunluğun, zamanla bəzi vəziyyətlərdə beyində Alzheimer xəstəliyinə səbəb olan amiloid vallarına səbəb ola bilməsidir.
Baş zədələri
Başdan zədə almış ya da başa zərbə almış olan kəslərin Alzheimer xəstəliyi inkişaf riskinin daha da yüksəldiyi bilinir.
Milli.Az