"iPhone 8"in qiyməti bəlli oldu

8 Sentyabr 2017 13:56

"Apple" şirkətinin istehsalı olan yeni smartfonların satışa başlayacağı vaxt və qiyməti məlum olub. 

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, yeni smartfonun təqdimatı sentyabrın 12-də baş tutacaq. Sentyabrın 15-dən isə artıq yeni "iPhone 8" sifarişlər etmək mümkün olacaq. Məlum olub ki, sentyabrın 22-dən cihaz mağazalarda satışa çıxarılacaq.

Qiymətə gəlincə, "iPhone 8"-in satış dəyəri 900-1400 dollar arasında olacaq.

Qeyd edək ki, "iPhone 8" 64, 256 və 512 Gb yaddaşa malik olacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində