
Milli.Az Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırovun müsahibəsini təqdim edir:
- Hazırda Assosiasiyanın neçə üzvü var və onların sayının artırılması kimi planlarınız varmı?
- Azərbaycan Turizm Assosiasiyası 2009-cu ildən fəaliyyət göstərir və onun aktiv üzvlərinin sayı 100-ə yaxındır. Assosiasiya üzvləri təsdiq olunmüş tələblər və meyarlara uyğun olaraq seçir, belə ki, assosiasiyaya üzv ancaq turizm qanunvericiliyinə uyğun fəaliyyət göstərən və turistlərin hüquqlarını təmin edən şirkətlər ola bilər. Turizm Assosiasiyasının üzvlərinin sayının artmamasına səbəb də məhz təsdiq olunmuş tələblərdir, ancaq hazırda biz Assosiasiya üzvlərinin sayının artırılması qərarına gəlmişik. Bu o demək deyil ki, turizm fəaliyyəti ilə məşğul olan hər şirkət və ya şəxs AZTA-ya üzv ola bilər. Biz əsas olaraq - xidmətin keyfiyyəti, assosiasiya üzvləri və müştəri məmnunlugu prinsiplərinə sadiqik. Bazar iştirakçılarının sayının lisenziyalaşmanın ləğvi fonunda sayının artması, eləcədə turist axının və fırıldaqçılıq faktlarının artımı fonunda AZTA bazarda keyfiyyətli iştirakçıları müəyyən etmək üçün araşdırmalar aparmaq qərarına gəlib. Həmin iştirakçılar AZTA-ya üzv ola biləcəklər.
Azərbaycanda turizm sektorunda xidmətin səviyyəsi necədir?
- Assosiasiya üzvləri hansı üstünlüklər əldə edəcək və onların fəaliyyəti qeyri-üzvlərin fəalliyətinə necə təsir edə bilər?
-Üzvlərin sayının artırılması yalnız AZTA-nin fəaliyyətinə deyil, həm də turizm sənayəsinin inkişafına təkan verəcək, o cümlədəm, xidmət keyfiyyətinin artırılmasına xidmət edəcək. Assosiasiya ictimai birlik olmasına baxmayaraq, turizm sənayesinin iştirakçıları və turistlər, eləcə də müvafiq ozəl və dövlət quurumları arasına problemlərin həlli üçün körpü rolunu oynayacaq. AZTA üzvlərini xüsusi holoqramlarla təmin edəcək və bu da həmin şirkətin xidmətlərinin keyfiyyətə AZTA tərəfindən zəmanət verildiyi mənasını daşıyır. Yəni, Azərbaycan Turizm Assosiasiyası həmin şirkətə görə öhdəliyi öz üzərinə götürəcək. AZTA-ya üzvlük könüllülük prinsipi ilə hayata keçirilir və buna görə də bütün tədbirlər üzv olmayan şirkətlərin maraqlarını nəzərə alınaraq həyata keçiriləcək.
- Assosiasiyanın nəzdində təşkil olunmuş komitələrin fəaliyyətini necə qiymətləndirirsiz?
"Problem təkcə ərəb turistlərdə deyil, həm də..."
- AZTA-nın nəzdində gəlmə turizm, getmə turizm və nəqliyyat məsələləri üzrə komitələr fəaliyyət göstərir. Hər üç komitə öz fəaliyyətini kifayət qədər fəallaşdırıb. Hər həftə komitələr iclas keçirir və Assosiasiyanın dəstəyi nəticəsində həll olunan problemlər müzakirə edilir. Hər həftə iclasların gündəliyinə aktual məsələlər çıxarılır, iclas iştirakçıları öz təklifləri ilə çıxış edir, Assosiasiya isə həmin problemlərin həlli üçün vacib olan tədbirlər görür. Belə görüşlər həqiqətən probllemlərin üzə çıxarılması və həll olunması üçün səmərəli vasitəyə çevrilib. Hazırda AZTA-nın yeganə problemi bazar iştirakçılarının Assoosiasiyanın gördüyü işlər barədə məlumatsız olmasıdır və buna görə də yaxın gələcəyə olan planlara öz fəaliyyətimizi təbliğ etmək üçün genişmiqyaslı tədbirlərin və aksiyaların keçirilməsi daxildir.
- AZTA-nın "qara siyahısı" var. Bu nə deməkdir və nəyə lazımdır?
- Assosiasiyamız əvvələr də belə siyahını tətbiq edirdi və indi onu bərpa etmək qararına gəlib. Bu siyahiya bütün turizm sənayesi iştirakçıları - tələbləri pozan turizm şirkətləri, otellər, aviaşirkətlər və hətta arzuolunmaz turistlər də daxil ediləcək. Siyahıya dəyişiklikləri ancaq AZTA üzvləri edə biləcək və hər bir təklif olunan məlumat diqqətlə öyrəniləcək, ancaq bunnan sonra siyahıya əlavə olunacaq. Belə təcrübə bir çox ölkələrdə tətbiq olunur və yarana bilinəcək risklərin, eləcə də digər bazar iştirakçılarının mənfi nüfuzunun formalaşmasının qarşısını almaq üçün kifayət qədər səmərəli vasitədir.
Dünyanın ən çox gəzən turistlərini Azərbaycana gətirmək istəyirlər
- Assosiasiyanın ölkə daxilində genişlənməsi planıları varmı?
- AZTA-nın daxildə genişlənməsi prosesi Naxçıvanda nümayəndəliyin açılması ilə artıq başlayıb. Bizə artıq Naxçıvanda fəaliyyət göstərən turizm şirkətləri tərəfindən üzv olmaqla bağlı müracıətlər daxil olur və hazırda baxılır. Naxçıvanda nümayəndəliyin açılmasının səbəbi bölgəyə turist axının artımı və strateji əhəmiyyəti ilə bağlıdır.
- Bəs ölkə xaricində necə?
- Bizim artıq Malayziya, Birləşmiş ərəb Əmirlikləri və Ukraynada mümayəndəliklərimiz var. Ölkə xaricində nümayəndəliklərin olması beynəlxalq turların və ya üçüncü ölkələrə Azərbaycan ərazisi üzərindən turizm axınında iştirak etmək qərarının qəbul edilməsinə səbəb oldu. Məlumdur ki, Gürcüstan istiqaməti ukraynalı turistlər tərəfindən böyük maraqla qarşılanır və biz də bu prosesdə Azərbaycan ərazısını təklif etməklə iştirak etmək istəyirik. Bu mexanizm ya Azərbaycan uzərindən tranzit kimi və ya beynəlxalq turların təşkili kimi istifadə oluna bilər. Hər il Gürcüstana 200 mindən çox polşalı turist səyahət edir. AZTA-nın Polşada nümayəndəliyinin açılması və beynəlxalq turların təşkil edilməsi qərarı ukraynalı həmkarlarımızla fəaliyyətin səmərəliliyindən asılıdır.
Yusif Nəsirli
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində