Tarixin axarını dəyişdirən 5 yuxu

7 Sentyabr 2017 21:05

Tarix boyu yuxular insanlara ilham vermiş, elmi kəşflərin, ixtiraların ilham mənbəyi olmuşdur. Xüsusən elm insanları arasında hər nə qədər bunu etiraf etmək istəməyənlər olsa da, kəşflərinin mənbəyini əvvəlki gecə gördüyü yuxudan götürənlər olduqca çox saydadır... Əslində bu batil bir inanc deyil, olduqca təbii bir proses. Çünki yuxular bizə bilmədiyimiz bir məlumatın göydən enməsini təmin etmir, əksinə bəlkə də uzun zamandır beynimizdə dönüb duran bir düşüncənin yerini tapmasına yardımçı olur. Nəticədə çox güclü havadarları var: Bütün düşüncəmiz onların əmrində!

Elm və sənət dünyasından, ortaya çıxardıqları nəticələrlə tarixi dəyişdirən 5 yuxu və hekayələrini punktlar üzrə sadaladıq:

Frankenstein əsl kabus

Milli.Az kitabyurdu.org-a istinadən bildirir ki, yuxu deyil də kabus deyək, ancaq əsas fikir eyni: 1816-ci ildə Mari Shelley, Frankenstein romanının əsas fikrini yuxuda gördü. Cenevrə Gölü sahilində Lord Bayronu səfər edən Shelley, əvvəlki il Tambora yanardağıın partlamış olması səbəbindən yaz mövsümünə heç bənzəməyən bir dövrü bu evdə, soyuqdan çölə çıxmadan, odun ətrafında keçirdi. Bu arada Lord Bayron hər kəsin bir kabus hekayə yazmasını təklif edib, Shelley isə heç bir şey düşünmürdü, ta ki "bir cəsədə yenidən həyat verilməsi" fikri ağlına gələnə qədər! Yuxuya gedəndə, sonradan romanda yer verəcəyi, Frankenstein-in canlanması anını gördü və beləcə ilk elmi fantastika romanının əsasları bir kabus zamanı atılmış oldu.

1816-ci ildə Mari Shelley, Frankenstein romanının əsas fikrini yuxuda gördü.

Pol Mccartneynin dünən gördüyü yuxu

The Beatles qrupunun dünya şöhrətli və köhnəlməyən mahnısı Yesterdayin bəstəsi əvvəldən axıra, Paul Mccartneynin bir yuxusundan çıxdı. Mccartney 1965-ci ildə bir səhər ağlında bir bəstə ilə oyandı və dərhal pianonun başına keçib ailəsinə və dostlarına bu mahnı bir yerlərdə eşidib eşitmədiklərini soruşdu. Məlum, daha əvvəl eşitdiyi bir melodiya təkrarlayır da ola bilərdi, Bu həqiqətən bir neçə həftə ərzində davam edib, sonda Mccartney mahnının özünün olduğuna əmin oldu və Con Lennon ilə birlikdə sözlərini yazdılar. Nəticə ortada.

Niels Bohrun başının ətrafında fırlanan elektronlar

Kvant mexanikanın atası sayılan Niels Bohr, atomun quruluşu üzərində baş sındırdığı bir gecə yuxusunda atom nüvəsi və ətrafında dönən elektronları gördü. O ana qədər atomun quruluşu ilə bağlı proqnozları tutmayan Bohr, planetlərin ətrafında fırlandığı Günəş misalı atom nüvəsini görəndə, artıq nəyin arxasınca getməsi lazım olduğunu bilirdi. Beləliklə, həqiqət olduğunu hiss etdiyi bu fərziyyə dəstəkləyən dəlilləri tapmaq kimi, hədəfə doğru işləməyə davam edib. Fizika üzrə Nobel Mükafatına da beləcə qovuşmuş oldu.

Otto Loewi və yuxusuz sinir hüceyrələri

Alman əsilli farmakoloq Otto Loewi isə, sinir hüceyrələrində siqnal çatdırılması elektrik deyil, kimyəvi olduğunu yuxusunda görmüşdür. Yuxusunun arasında bu kəşfi bir kənara qeyd edib təkrar yuxuya dalan Loewinin, səhər durub öz yazdıqlarını oxu bilmədikdə hiss etdiyi panikanı təxmin etmək çətin deyil. Yuxunu xatırlamağa çalışaraq keçirdiyi ertəsi gün onun həyatının ən uzun günü olduğunu deyən Loewi, buna nail ola bilmədi amma, ertəsi gün də eyni yuxu gördü. Bu dəfə işi şansa buraxmayan elm adamı, özünü Nobel çatdıracaq görüşü bu dəfə düzgün bir şəkildə kağıza tökdü.
Otto Loewi, sinir hüceyrələrində siqnal çatdırılması elektrik deyil, kimyəvi olduğunu yuxusunda gördü.

Dağdan işıq sürətilə sürüşən Eynşteyn

Albert Eynşteyn, bir gecə yuxusunda özünü bir dağdan aşağıya demək olar ki, işıq sürətilə sürüşdüyünü bildirmişdir. Elə sürətli sürüşmək ki, ətrafındakı ulduzlar haradasa görünüş dəyişdirirdi. Oyandıqdan sonra bu yuxu üzərində xeyli baş sındıran Eynşteyn, bu sayədə relyativistik mexanika nəzəriyyəni inkişaf etdirdiyini etiraf etməkdən də çəkinməmişdir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində