Azərbaycanın Şamaxı və İsrailin Tirat Karmel şəhərləri qardaşlaşıblar.
Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı saziş Tirat Karmel şəhərinin meri Tal Ariyenin rəhbərlik etdiyi nümayəndə heyətinin Şamaxıya səfəri çərçivəsində iki şəhərin administrasiyaları arasında imzalanıb.
Nümayəndə heyətinin tərkibinə Tirat Karmel merinin müavini, şəhər bələdiyyəsinin rəhbəri, həmçinin "İsrail-Azərbaycan" Beynəlxalq Assosiasiyasının baş direktoru Lev Spivak, assosiasiyanın fəalları daxildir.
Sazişi Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayev və Tirat Karmel meri T.Ariye imzalayıblar.
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində