Üzündəki sızanaqları təmizləmək istədi, qaraciyərini itirdi - FOTO

5 Sentyabr 2017 12:37

Üzündəki sızanaqlardan qurtulmaq istəyən qadın xəstəxanaya düşüb.

Milli.Az "Haberler"ə istinadla bildirir ki, Türkiyənin Çorum vilayətində yaşayan 2 uşaq anası, 35 yaşlı Sibel Çilingir çənəsindəki sızanaqlardan qurtulmaq üçün davamlı olaraq dərman qəbul edib.

Lakin dərman onun qaraciyərini məhv edib. Qadın əməliyyat edilib. Ona bacısının qaraciyərindən kəsilən bir hissə nəql edilib.

Milli.Az qadının fotolarını təqdim edir:

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində