"Tikim sizin ağzınızı..." - Elza Seyidcahandan yeni şeir

31 Avqust 2017 15:05

ARB telekanalında yayımlanacaq "Xalqın şairi" verilişinin münsif kürsüsündə əməkdar artist Elza Seyidcahanın yer alması birmənalı qarşılanmayıb. İzləyicilərdən bəziləri tez-tez şeirləri ilə gündəmə gələn sənətçinin münsif olması ilə razılaşmayıb.

Milli.Az sfera.az-a istinadən xəbər verir ki, E.Seyidcahan onun münsif olması ilə barışmayan izləyicilərinə isə şeir həsr etməklə cavab verib.

Sözügedən şeiri təqdim edirik:
"Tikim,
Tikim sizin ağzınızı
Qırxayaq kimi.
Geyim cırım corabımı
Çatana kimi.
Cırın, cırın.
Siz də geyin, geyin, qaçın
Xəyallara batana kimi.
Tikim sizin ağzınızı yatana kimi".

Daha sonra bəstəkar-müğənni izləyicilərinə şeirin davamını kitabdan oxumağı məsləhət görüb: "Poeziya bütövlükdə bilinməzliyə yürüşdür. Ölün, yana-yana qalın. Mən şair vətəndaşıyam".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində