Azərbaycanlı futbolçu Portuqaliya klubunda

31 Avqust 2017 11:22

"Bakı"nın sabiq futbolçusu Valeh Seyidov karyerasını Portuqaliyada davam etdirəcək.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, 21 yaşlı hücumçu "Louletano" ilə müqavilə imzalayıb. 

Yarım ildi düşərgəsində olduğu klubla anlaşan Seyidovun yeni komandası aşağı liqa təmsilçisidi. Həmyerlimiz bu klubla 1+1 illik müqaviləyə imza atıb.

"Louletano" Portuqaliya çempionatının gücünə görə 3-cü dəstəsi olan II divizionun B zonasında çıxış edir.

Qeyd edək ki, Valeh yetirməsi olduğu "Bakı"nın vitse-prezidenti Yaşar Seyidovun oğludu. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində