"Qismət" 1 ildən sonra "Bacanaqlar"a qayıtdı - FOTO

30 Avqust 2017 13:46

Aktyor Elnur Hüseynov yenidən "Bacanaqlar" serialına qayıdıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktyor yeni mövsümdə efirə gedəcək bölümlərdə yer alacaq.

Bu haqda əməkdaşımızla söhbətində ekran işinin baş prodüseri Elməddin Cəfərov deyib. O bildirib ki, "Bacanaqlar" bu mövsümdə daha maraqlı və fərqli olacaq. Elnur bundan əvvəl sözügedən serialda bacanaqlardan biri olan Qisməti canlandırırdı.

Qeyd edək ki, E.Hüseynov "Kişi sözü" serialında rol alırdı. Elə buna görə də "Bacanaqlar"dan getmişdi. "Kişi sözü" gözlənilən reytinqi vermədiyi üçün yarımçıq dayandırıldı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində