Arda Turan Fransada oynaya bilər

29 Avqust 2017 11:40

"Barselona"nın yarımmüdafiəçisi Arda Turan futbolçu karyerasını Fransada davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Monako" türk oyunçu ilə maraqlanır. Kataloniya klubunun 30 yaşlı futbolçu ilə yolları ayırmağa hazır olduğu bildirilir.

Qeyd edək ki, A.Turan 2015-ci ildən "Barsa"da çıxış edir. O, indiyə kimi 55 mayçda 13 ol vurub. A.Turanı "Qalatasaray" da transfer etmək istəyir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində