"Monako" Mbappeyə əvəzləyici tapdı

29 Avqust 2017 10:59

"Monako" "İnter"in hücumçusu Stevan Yovetiç transfer edib.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, monteneqrolu futbolçunun "Monako"ya keçidinin şərtləri açıqlanmayıb. Yovetiç yeni klubunda Kilian Mbappenin 10 nömrəli futbolkasını geyinəcək. Bu isə o deməkdir ki, Mbappe rekord məbləğlə PSJ-yə keçəcək.

Xatırladaq ki, Yovetiç ötən mövsümün ikinci yarısında icarə əsasında "Sevilya"nın şərəfini qoruyub.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində