Ətirli şamlar siqaretdən də zəhərlidir

11 İyul 2011 19:30
Evdə, adətən, romantik əhval-ruhiyyə yaratmaq üçün istifadə olunan ətirli şamlar insan orqanizminə güclü zərərli təsir göstərə bilər.

Daily Mail-in yazdığına görə, Amerika alimləri sübut ediblər ki, bu şamlar yanarkən hətta siqaret zəhərindən də güclü toksinlər buraxır.
 
Çox vaxt ətirli şamların yandırıldığı otaqlar yaxşı havalandırılmır və kimyəvi maddələr otaqda toplanır. Bunun nəticəsində insanda astma və ekzema kimi dəri xəstəliyi yarana bilər.

Tədqiqatın başçısı, Cənubi Karolina Universitetinin doktoru Amid Həmidi deyir ki, ilk növbədə parafindən düzəldilmiş şamlardan ehtiyat etmək lazımdır. Çünki belə şamların yanma temperaturu zəifdir və zəhərli maddələri məhv etmək üçün kifayət etmir.

Xüsusi təhlükə mənbəyi isə fitildir. Yalnız saplardan toxunmuş fitil elə də qorxulu deyil. Amma o, tərkibində metal olan fitildən pis yanır. Sonuncu isə "döydüm-ölməz" olmasına baxmayaraq, güclü zəhər mənbəyidir.

Milli.Az