Şəhvəti artıran dezodorant 335 milyon dollara satıldı
20 Mart 2010 20:26
"Ekspress"in verdiyi məlumata görə, Avstraliyada hazırlanan "Axiron" dezodorantında kişi cinsi hormonları olan testosteron var və kişilərdə seksual fəallığı artırmaq üçün nəzərdə tutulub. Onu hazırlayan şirkətin məlmatına görə, dezodorantdan gündə bir dəfə istifadə etmək lazımdır.
Bu məhsuldan daha çox istifadə edənlər isə 50 yaşdan yuxarı kişilərdir. Şirkətin hesablamalarına görə, bu yaşda kişilərin 39%-i testosteron çatışmazlığı ilə üzləşirlər. Bu da onlarda şəhvətin azalması, depressiyaya, çəkinin azalmasına gətirib çıxarır. "Eli Lilly" şirkəti artıq bu məhsula görə 335 mlyon dollar ödəyib. Şirkət bundan sonra dezodorantı dünyanın 143 ölkəsində satmaq hüququna malik olacaq.
Milli.Az