Təzəpir məscidinin adının mənası nədir?

29 Avqust 2017 21:45

"Təzəpir məscidi" kimi tanınan ərazi əvvəllər də xalqın ziyarət yeri idi. Burada yerləşən "xəlifə damı" adlanan piri yerli camaat müqəddəs sayırdı.

Milli.Az islam.az-a istinadən bildirir ki, burada XIV əsrdə yaşamış Əbu Səid adlı övliyanın məzarı yerləşirdi. Əbu Səid özü nəcib seyyid idi, öz kəramətləri ilə şöhrət qazanmışdı. Onun haqqında A.A.Bakıxanovun "Gülüstani-İrəm" kitabında da məlumat verilir. Əbu Səidin qurduğu sufi xanəgah yerli hakimlər tərəfindən himayə edilirdi. Sonralar xanəgah dağıldı, amma onun ərazisi yenə pir kimi ziyarət olunurdu.

1914-cü ildə xeyriyyəçi Nabat xanım Aşurbəyli itib-batmaqda olan pirin yerində möhtəşəm Təzəpir məscidini tikdirdi. Yeni tikili "təzə pir" kimi tanınmağa başladı.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində