Hemilton Belçika Qran-prisinin qalibi oldu

28 Avqust 2017 11:14

"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Belçika Qran-prisinin qalibi olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, avtomobil yarışında ikinci yeri "Ferrari"nin alman pilotu Sebastyan Fettel tutub. "Red Bull"un avstraliyalı pilotu Daniel Rikkardo finiş xəttini üçüncü keçib.

Növbəti Qran-pri mərhələsi sentyabrın 1-dən 3-dək İtaliyada keçiriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində