Qaraciyəri bərpa edən dərman tapıldı
11 İyul 2011 14:17
Rusiya Tibb Elmləri Akademiyasının Sibir bölməsinin Elmi-Tədqiqat İnstitutunun mütəxəssisləri serroz zamanı qaraciyərin bərpasını təmin edən yeni preparat hazırlayıblar.
Milli.Az xəbər portalı RİA Novosti-yə istinadgn bildirir ki, Tomskdakı institutun əməkdaşları yeni dərmanın dünyada analoqu olmadığını bildiriblər.
İnstitutun direktor müavini, tibb elmləri doktoru Vadim Jdanov deyib: "Yeni maddəni radiasiya sintezi texnologiyasının tətbiqi ilə əldə etmişik. O, çox unikal keyfiyyətlərə malikdir. Bu enzim qaraciyərin kök hüceyrələrini aktivləşdirəcək və nəticədə orqanın xəstə toxuması yenisilə əvəzlənəcək.
Bunu irəliyə doğru sıçrayış adlandırmaq olar. Çünki qaraciyəri qoruyan dərmanlar çoxdur, ancaq onların heç biri xəstə toxumanın yenilənməsini təmin etmir".
Jdanovun sözlərinə görə, hələlik preparat sınaqdan keçirilir, tədqiqatlarda başlanğıc mərhələyə 33 milyon rubl vəsait qoyularsa, 5-6 ildən sonra xəstələr bu dərmanın faydalarından yararlana biləcəklər.
Qeyd edək ki, qaraciyər serrozu bir çox inkişaf etmiş ölkələrdə xəstələrin ölüm səbəbləri siyahısında qabaqcıl yeri tutur. Xəstəlik zamanı qaraciyərdə tədricən birləşdirici toxuma əmələ gəlir ki, bu da qaraciyər çatışmazlığına yol açır.
Milli.Az