PSJ "Monako"dan 2 futbolçu almaq istəyir

25 Avqust 2017 18:12

PSJ Kilian Mbappenin və Fabinyonun transferi ilə bağlı "Monaco" ilə danışıqları davam etdirir

Milli.Az goal.az-a istinadən xəbər verir ki, avqustun 24-də Paris klubunun prezidenti Naser Əl-Xəlaifi "moneqasklar"ın rəsmisi Vadim Vasilyevlə görüşüb.

Qətərli funksioner Mbappe və Fabinyo üçün 150 milyon avro və Lukas Mouranı təklif edib.

Fransa mətbuatının yaydığı məlumata görə Mbappe və Fabinyo Paris klubu ilə 5 illik müqaviləni artıq razılaşdırıb. Lukas Moura isə "Monaco"da oynamağa hələ ki razılıq verməyib. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində