"Qarabağ"a qol vuran futbolçu zədələnib

24 Avqust 2017 15:07

Çempionlar Liqasının (ÇL) "pley-off" mərhələsində "Qarabağ"la cavab matçı zamanı xəsarət alan Danimarka "Kopenhagen"inin futbolçusu Federiko Santanderin zədəsinin ciddi olduğu müəyyənləşib.

Milli.Az report-a istinadən xəbər verir ki, zədələndiyi üçün 70-ci dəqiqədə Pyeros Sotiryu ilə əvəzlənən 26 yaşlı hücumçunun 3 ay meydana çıxa bilməyəcəyi bəlli olub.

Topuq nayihəsində qırıq aşkarlanan paraqvaylı forvardın əməliyyat olunub-oyunmayacağına yaxın günlərdə keçiriləcək təkrar müayindən sonra qərar veriləcək.

Qeyd edək ki, Bakıda baş tutmuş ilk qarşılaşmada 1:0 hesabı ilə qalib gələn "Qarabağ" rəqib meydanında 1:2 uduzsa da, səfər qolu sayəsində ÇL-in qrup mərhələsinə vəsiqə qazanıb. Danimarkadakı görüşdə hesabı məhz Santander açıb. O, 45-ci dəqiqədə fərqlənib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində