Hindistanda baba doğma nəvəsinə 5 il boyunca zülm verib.
Milli.Az Britaniya mediasına istinadla bildirir ki, o, uşağı 5 il tövlədə, mal-qaranın yanına bağlı saxlayıb.
Umeş adlı uşaq əqli qüsurlu olaraq doğulub. Onun valideynləri 5 il öncə HİV virusuna yoluxduqlarına görə ölüblər. Bunlar azmış kimi, uşağa doğma babası işgəncə verib.
O, dəcəllik edən uşağın öhdəsindən gələ bilmədiyinə görə onu tövlədə saxlayıb.
Uşaq xilas edilib.
Qeyd edək ki, həmin şəhərdə başqa bir uşağa qarşı da belə işgəncə verilib. Əqli problemi olan uşağı doğma atası ağaca bağlayaraq cəzalandırıb.
Milli.Az fotoları təqdim edir:
Emin
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində