Koutinyo üçün dördüncü təklif

23 Avqust 2017 23:43

İspaniyanın "Barselona" klubu braziliyalı futbolçu Filippe Koutinyonun transferi üçün İngiltərə "Liverpool"una dördüncü dəfə təklif göndərəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, kataloniyalılar 25 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün mersisaydlılara 138 milyon funt sterlinq ödəməyə hazırdırlar. Bu məbləğin 101 milyonu dərhal, 37 milyonu isə bonus şəklində "Liverpul"un hesabına köçürüləcək.

Qeyd edək ki,  "qırmızılar" "Barsa"nın Koutinyo üçün olan 3 təklifini geri çevirib. "Barcelona" sonuncu dəfə "Liverpul"a 118 milyon funt sterlinq təklif edib. 2013-cü ildə İtaliya "İnter"indən İngiltərə təmsilçisinə keçən Filippe Koutinyonun özü də "Barselona"ya transfer olunmaqda israrlıdır. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində