Elşad Həmidova "Əməkdar həkim" fəxri adı verilib

22 Avqust 2017 18:10

Prezident İlham Əliyev Elşad Həmidova "Əməkdar həkim" fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd olunur ki, Azərbaycan Xüsusi Dövlət Mühafizə Xidmətində səhiyyə sahəsinin inkişafında xidmətlərinə görə Elşad Belal oğlu Həmidova "Əməkdar həkim" fəxri adı verilsin.

Milli.Az