Həzrət Musaya deyilənlər

25 Avqust 2017 04:30

Milli.Az deyerler.org-a istinadən bildirir ki, İmam Sadiq (ə) nəql edir: "Musa (ə) ilə Allahın münacatlarının birində Allah Musaya (ə) xitab edir: "Ey Musa! Zalımlar kimi dünyaya söykənmə və ya o kəslər kimi olma ki, dünyanı ata və anası kimi görürlər.

Ey Musa! Əgər mən səni öz halına buraxsaydım ki, dünyaya nəzər salasan, o zaman dünya sevgisi və zahiri ləzzətlər sənə qələbə çalardı.
Ey Musa! Xeyir əməllərində əhli ilə müzakirələr et və onları xeyir əməlinə tərəf çək. Çünki xeyir əməl - adı kimi xeyirdir. Dünyada ehtiyacın olmayan şeyi tərk et. (Yəni, dünya malından ehtiyacın olan qədərini istifadə et). Gözünü dünyanın gicəlləndirici şeylərinə dikmə.
Həmçinin o kəslərə ki, dünya verərək öz hallarına buraxmışıq - onlara nəzər salma.
Bil ki, hər bir fitnənin başlanğıcı - dünyanı sevməkdir. Heç bir zaman çoxlu malı olan insanlara qibtə etmə. Çünki malın çox olması, günahın çox olmasına səbəb olar. Belə ki, mallarının çox olması ilə haqlar onlara vacib olar və onlar da bu haqları əda etməzlər.
O kəslərə görə canını sıxma ki, görürsən insanlar ondan razıdırlar. Gərək biləsən ki, Allah da ondan razıdır, yoxsa yox.
İnsanların itaət etdiyi kəslərə görə canını sıxma. Çünki əgər insanların ona itaəti haqqa görə olmazsa, həm onun özü həlak olar və həm də davamçıları"".
Allah Təala bizləri dünyaya bağlı olmayanlardan qərar versin, inşəallah.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində