"Təəssüflənirəm ki, "Barsa"nın belə rəhbərliyi var" - Neymar

21 Avqust 2017 13:05

PSJ-nin futbolçusu Neymar sabiq klubu "Barselona" rəhbərliyini kəskin tənqid edib.

Milli.Az komanda.az-a xəbər verir ki, Neymar "Barsa" rəhbərliyini işini bacarmayan şəxslər adlandırıb. O, klubda belə rəhbərliyin olduğuna görə təəssüfləndiyini də vurğulayıb:

"Çox təəssüf edirəm ki, "Barsa"da belə rəhbərlik var. Onlar bu postu tutmağa layiq deyillər, iş bacarmırlar. "Barselona" daha artığını haqq edir.

Yeni gələndə hər şey yaxşı idi, sonra isə... Orda çoxlu dostlarım var. "Barselona"da 4 möhtəşəm il keçirmişəm".

PSJ 222 milyon avro ödəyərək, Neymarı transfer edib. "Barselona" futbolçunun atasına çatmalı olan 26 milyon avronu ödəməkdən imtina edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində