Bakının mərkəzində "möcüzə fontan" - FOTO - VİDEO - YENİLƏNİB

21 Avqust 2017 16:18

16:18

Milli.Az bildirir ki, görülən tədbirlər nəticəsində suyun yola axmasının qarşısı artıq alınıb. Məlum olub ki, problem yeraltı su xəttində nasazlığın yaranması ilə bağlı imiş.

--------

12:18

Bakının mərkəzində küçələrdən birində qəfildən yerdən çıxan su fəvvarə formasında axır.

Milli.Az xəbər verir ki, hadisə Səbail rayonunda, Şeyx Şamil və Lermontov küçələrinin kəsişməsində, səkidə qeydə alınıb. Yerin altından çıxan su şırnaqla yol boyu axmağa başlayıb.

Əvvəlcə hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları gəlsələr də, məsələnin onlarlıq olmadığını görüb çıxıb gediblər.

Videonu izləmək üçün şəklə klikləyin:

Bakının mərkəzində

Hazırda mənşəyi hələlik bilinməyən "möcüzəli fontan"dan suyun yola axmasının qarşısını almaq üçün əraziyə "Azərsu" ASC-nın Qəza xidmətinin əməkdaşları cəlb olunub.

İlkin İzzət
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində