Tramp işdən çıxardığı müşavirindən yazdı

19 Avqust 2017 20:34

ABŞ Prezidenti Donald Tramp müşaviri Stiven Bannona xidmətlərindən dolayı təşəkkür edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, Ağ Ev rəhbəri təşəkkürünü Tvitter hesabında bildirib.

"Bannona xidmətlərindən dolayı təşəkkürümü bildirmək istəyirəm. Mən hiyləgər Hillari Klintonla mübarizə apararkən, o da seçki kampaniyasına qatıldı. Bu, möhtəşəm idi. Təşəkkür edirəm", - Tramp yazıb.

Qeyd edək ki, Tramp dünən Bannonu vəzifəsindən uzaqlaşdırıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində