"Azersky" peykinin idarə edilməsi mərkəzinin tikintisi başa çatdı

18 Avqust 2017 11:25

"Azersky" aşağı orbitli peykinin idarə edilməsi mərkəzinin tikintisi üzrə işlər yekunlaşıb.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə layihəyə yaxın mənbə bildirib.

Mərkəz "Azerspace-1" peykinin idarə edilməsi mərkəzinin (Bakı-Şamaxı magistralının 37-ci km-də) əsasında yaradılıb.

Tikinti işləri "Azərkosmos" ASC-nin Fransanın "Airbus Defence and Space" şirkəti ilə əməkdaşlığı çərçivəsində aparılır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində