Günün qoroskopu
20 Mart 2010 07:00
Göylərin mənzərəsi
20 mart şənbə, 6-cı Ay günü, Günəş - Balıqlarda, Ay - Buğada, Merkuri - Qoçda, Balıqlarda, Venera - Qoçda, Mars - Şirdə, Yupiter - Balıqlarda, Saturn - Tərəzidə, Uran - Balıqlarda, Neptun - Dolçada, Pluton - Oğlaqda.
Münəccim öncəgörümləri
Qoç - Xırda çətinliklərə baxmayaraq, əsas işlərinizdə uğurlar var. Maddi durumunuzu yaxşılaşdırmaq imkanlarınız çoxdur.
Buğa - Romantik əvhal-ruhiyyəniz yüksək olacaq. Ətrafınızda yaranmış problemlərə baxmayaraq, bayram ovqatı üstünlük təşkil edəcək. Maddi imkanlarınız get-gedə zəifləyir.
Əkizlər - Gücünüz çoxdur. Bu gün yaranmış mübahisələrə baş qoşmayın. Əsas fikirinizi vacib məsələlərə yönəldin. Maddi durumunuzu yaxşılaşdırmaq şanslarınız çoxdur.
Xərçəng - Bayram ovqatınız yaxın adamların əhatənizdə olması bir sıra problemlərinizi unutduracaq. Amma bu o demək deyil ki, problemlər yoxdur. Maddi məsələləri yoluna qoymaq üçün çalışmalarınızda nəzərəçarpacaq yenilik gözlənilmir.
Şir - Gücünüz çoxdur. Ondan səmərəli və məqsədyönlü istifadə etməlisiniz. Qəzəblənmək məsləhət deyil. Maddi durumunuzu yaxşılaşdırmaq üçün yaranmış şəraitdən istifadə edin.
Qız - İşləriniz ürəyiniz istəyən kimi yaxşı alınmır. Bununla belə yaxın adamlar sizə əməli kömək əvəzinə ancaq ümid və məsləhətlər verir.
Tərəzi - Gələcəkdə daha uğurlu şansları əldə etmək üçün imkanlarınız genişlənir. Lazımi adamların əhatəsində olmağa çalışın. Heç kəslə mübahisə etməyin.
Əqrəb - Bu gün özünüzü rahat və gümrah hiss edəcəksiniz. Bununla belə problemsiz deyilsiniz. Ən çətini maddi problemlərin həllidir.
Oxatan - İşləriniz ürəyiniz istəyən kimi alına bilər. Bu gün əsəbi ovqatı özünüzdən uzaqlaşdırmağı bacarsanız, uğurlarınız artar.
Oğlaq - İşləriniz alınmır. Bayram ovqatı bütün problemlərin üstünə kölgə salır. Ürəkdolusu sevinmək istəyirsiniz və bunu bacaracaqsınız.
Dolça - İrəlidə sizi böyük işlər görür. Gözləmədiyiniz yerdən maraqlı təkliflər ala bilərsiniz. Maddi durumunuzu artırmaq şanslarınız çoxalıb.
Balıqlar - Bayram ovqatınız yüksəkdir. Bununla belə yorğunluq sizi əldən salır. Bir an da olsun dincəlməyə imkanınız yoxdur. Faydasız işlər başınızdan aşır.
Milli.Az