Əgər Karen Karapetyanın Kəlbəcərdə su zavodu açdığı tədiqlənərsə, fikrimcə, buna veriləcək iki reaksiya var.
Milli.Az xəbər verir ki, bunu "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi ekspert Elxan Şahinoğlu Ermənistanın baş naziri Karen Karapetyan iştirakı ilə işğalı altındakı Kəlbəcər rayonunda su zavodunun təməlqoyma mərasiminin keçirilməsinə münasibətində bildirib.
Politoloq hesab edir ki, məsələ ilə bağlı həm Azərbaycan, həm də vasitəçilər dərhal tədbir görməlidirlər:
Ermənilər Kəlbəcərdə nəhəng zavodun tikintisinə başladı - VİDEO - FOTO
"Birincisi, Azərbaycan XİN açıqlama yayaraq bəyan etməlidir ki, Şuşa, Kəlbəcər, Laçın və ermənilərin heç zaman yaşamadıqları işğal altındakı digər ərazilərdə istənilən məskunlaşma və tikinti işləri təxribat kimi dəyərləndiriləcək və bu halların təsdiqlənməsi danışıqların durdurulması və Azərbaycan ordusunun müvafiq tədbirlər görməsini şərtləndirəcək.
İkincisi, ATƏT-in Minsk qrupunu bir daha oyatmaq lazımdır. "3 meymun"u (görmürəm, eşitmirəm, danışmıram) oynayan həmsədrlərə də anlatmaq lazımdır ki, Kəlbəcərdə nəyin tikildiyini araşdırsınlar və əgər tikilən obyekt işğal ərazisinə aiddirsə, bu barədə qarşı tərəfə xəbərdarlıq etsinlər. Etmirlərsə, bizdən atəşkəsə riayət edəcəyimizi gözləməsinlər".
İlkin İzzət
Milli.Az
Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində