İbrahimoviçə daha bir təklif - Oynayan məşqçi ol

17 Avqust 2017 13:45

Zlatan İbrahimoviç karyerasını elə "Mançester Yunayted"də davam etdirə bilər.

Milli.Az komanda.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" İbrahimoviçə yeni təklif irəli sürüb. İsveçli hücumçudan komandanın oynayan məşqçisi olması istənilir.

Məlumata görə, bu ideya "Mançester Yunayted"in baş məşqçisi Joze Mourinyoya məxsusdu. O, vaxtilə "Çelsi"də işləyərkən Didye Droqba ilə də eyni tərzdə çalışmışdı.

Mourinyonun İbrahimoviçlə bu ideyanı müzakirə etdiyi də bildirilir. Ancaq hücumçunun hansı qərara gəldiyi barədə məlumat verilmir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində