Vidadi Zeynalov apellyasiya şikayəti verdi

17 Avqust 2017 11:31

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şikayət Bakı Apellyasiya Məhkəməsində təqdim olunub. Şikayətdə onun barəsində bəraət hökmünün çıxarılması istənilib.
 
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V. Zeynalov 13  il müddətinə azadlıqdan məhrum edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində