Masallıda ana və iki azyaşlı övladı yandı

16 Avqust 2017 17:04

Masallı rayonunda ana və iki azyaşlı övladı ağır yanıq xəsarəti alıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Qızılavar kəndində qeydə alınıb. Kənd sakini, 1994-cü il təvəllüdlü Aytəkin Bağır qızı Seyfullayeva südlə dolu qazanı ocaqdan götürərkən qazan aşıb. Nəticədə, ana və 2013-cü il təvəllüdlü qızı Zəhra, 2014-cü il təvəllüdlü oğlu Əmənullah ağır yanıq xəsarətləri alıblar.
 
Onlar dərhal Masallı Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
 
Uşaqların vəziyyəti ağır olduğu üçün Bakıdakı xəstəxanalarından birinə yola salınıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində