“Honduras gözəli” həbs edildi - FOTOSESSİYA
9 İyul 2011 13:54
2009-cu ildə dünya gözəllik müsabiqisində Hondurası təmsil edən Belgiça Suares həbs edilib. Milli.Az xəbər portalının Türkiyə KİV-inə istinadən verdiyi məlumata görə, Hondurasa daxil olarkən üzərindəki 47 min dolları bəyan etməyən "Honduras gözəli"ni polis saxlayıb. Belgiça Suaresin həmin pulu Avropada manekenlik edərək qazandığı bildirilir. Honduras qanunvericiliyinə görə, bu ölkəyə 10 min dollardan çox pul mütləq gömrük məntəqəsində bəyan edilməlidir.
Milli.Az