Müğənni Mustafa Sandal və model xanımı Emina Sandal Bodrumda tətildədirlər.
Milli.Az axşam.az-a istinadən bildirir ki, cütlük dənizə girərkən və günəş vannası qəbul edərkən kameralara tuş gəlib.
Bir çox markaların alt paltarı reklamına çəkilən Eminanın iki uşaq anası olduğuna inanmayanlar da olub.
Belə ki, rəngarəng bikinidə olan Sandal ideal bədən quruluşu ilə göz oxşayıb.
Qeyd edək ki, cütlük 2008-ci ildə ailə qurub. Onların iki övladı var.
Milli.Az