"Grand Hayat"dan ipoteka - FOTO

15 Avqust 2017 09:45

YENİ HAYAT ipoteka satışına start verdi!

Artıq Grand Hayat yaşayış kompleksindən mənzilləri ipoteka krediti ilə əldə etmək mümkündür. Belə ki, ilkin ödəniş 20% edərək, 25 il müddətinə illik 8% olan ipotekadan yararlanmaqla istədiyiniz mənzillərə sahib ola bilərsiniz. Müştərilərin seçdiyi mənzilin rəsmiləşdirilməsi 5 iş günü ərzində həyata keçirilir.

Həmçinin mənzilləri nağd və 2 illik müddətə faizsiz hissəvi satış şərtləri ilə əldə edə bilərsiniz. Nağd mənzil alan müştərilərə isə qaraj sahəsi hədiyyə edilir.

Müasirliyinə, memari layihəsinə, mühəndislik hesablamalarının aparılmasına, innovativ texnologiyalardan istifadəyə, tikintidə işlədilən materialların keyfiyyətinə, mənzillərdə otaqların planlamasına və layihənin landşaft dizaynına görə "Grand Hayat" yaşayış kompleksinin möhtəşəmliyi xüsusi ilə fərqlənir.  

Qeyd edək ki, "Grand Hayat" layihəsi "7S" keyfiyyət standartlarına əsasən inşa olunmaqla yanaşı müasir həyatın bütün elementlərini və komfortlu yaşam tərzini özündə birləşdirir: 1S - binalara tam xidmət, 2S - təmirli mənzillər, 3S - həyətyanı istirahət parkı, 4S - hipermarket, 5S - idman və sağlamlıq mərkəzi, 6S - uşaq bağçası və məktəbəqədər təhsil, 7S - əyləncə mərkəzi. 

"Grand Hayat" yaşayış kompleksi Bakının infrastruktur baxımdan ən əlverişli ərazilərindən biri hesab edilən Tbilisi pr., 1054 ünvanında inşa edilir. Burada müştərilərə 1, 2, 3 və 4 otaqlı komfortlu mənzillər təklif olunur.

Ətraflı məlumat üçün şirkətin satış mərkəzinə (Nobel pr.15, Megafun AVM 1-ci mərtəbə), bilavasitə "Grand Hayat" kompleksində təşkil olunmuş təqdimat ofisinə (Tbilisi pr.1054) təşrif buyura, eləcə də 922 məlumat mərkəzinə zəng edə bilərsiniz.   

www.grandhayat.az

Məlumat mərkəzi: 922.