Bakiri Türkiyəyə gedir

13 Avqust 2017 23:30

İran Silahlı Qüvvələrinin baş qərargah rəisi, general Məhəmməd Bakiri avqustun 15-də Türkiyəyə səfər edəcək.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, türkiyəli həmkarı Hulusi Akarın dəvəti ilə hərbi və siyasi heyətlə Türkiyəyə gedən Bakari səfər çərçivəsində terrorla mübarizə, regional inkişaf, müdafiə sahəsindəki ikili münasibətlər və sərhəd əməkdaşlığı kimi məsələləri müzakirə edəcək.

Milli.Az