Azərbaycanda ömür uzunluğu artıb

13 Avqust 2017 14:43

Ötən il şəhər və kənd yerləri üzrə ümumi nəsilvermə əmsalı 2,1-ə bərabər olub. Əvvəlki illərlə müqayisədə nəsilvermə əmsalında azalma müşahidə edilib.

Milli.Az bildirir ki, AZƏRTAC Dövlət Statistika Komitəsinin "Azərbaycanın Demoqrafik Göstəriciləri" rəsmi nəşrinə istinadla xəbər verir ki, Azərbaycanda ömür uzunluğunda artım müşahidə olunur. Belə ki, son beş il ərzində ömür uzunluğu 1,4 il artıb. Əgər 2011-ci ildə ümumi ömür uzunluğu 73,8 yaşa bərabər idisə, ötən il 75,2 yaş təşkil edib. Həmin göstərici kişilər arasında 72,8, qadınlar arasında isə 77,6 yaşa bərabər olub. Buna baxmayaraq, 2015-ci illə müqayisədə ötən il şəhər yerlərində ömür uzunluğunda azalma, kənd yerlərində isə artım qeydə alınıb.

Milli.Az