Türkiyədə hərəkət zamanı alışan avtobusun sürücüsü sərnişinləri xilas etdi

13 Avqust 2017 13:53

Türkiyədə İstanbul-Abana marşrutu ilə hərəkət edən sərnişin avtobusu qəflətən alışıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, avtobusdakı 49 sərnişin sürücünün sayıqlığı sayəsində fəlakətdən xilas olub. Yanğın avtobusun mühərrikində başlayıb. Sərnişinlər arasında zərər çəkən olmayıb.

Milli.Az