Zakir Həsənov "Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarının bağlanış mərasimində - FOTO

13 Avqust 2017 11:06

Moskva şəhərində səfərdə olan Müdafiə naziri general-polkovnik Zakir Həsənov avqustun 12-də Alabino poliqonunda təşkil edilən "Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarının təntənəli bağlanış mərasimində iştirak edib.

Yarışların son günü rəsmi qonaqlar final mərhələsinə çıxmış komandaların mübarizəsini izləyib və müxtəlif müsabiqələrdə qalib gəlmiş hərbi qulluqçuların mükafatlandırılmasında iştirak ediblər.

Rusiya Federasiyasının Müdafiə naziri, ordu generalı Sergey Şoyqu və Müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi ordu generalı Valeri Gerasimov Beynəlxalq Ordu Oyunları çərçivəsində yaradılan "Dostluq Evi"nə gəliblər.

Milli.Az xəbər verir ki, burada onlar Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşərək, birlikdə iştirakçı dövlətlərin mədəniyyət nümunələri nümayiş etdirilən sərginin Azərbaycana aid bölməsində ölkəmizin tarixi, mədəniyyəti, adət-ənənələri, məişətinə aid eksponatlarla yaxından tanış olmuşlar.

"Beynəlxalq Ordu Oyunları - 2017" yarışlarının təntənəli bağlanış mərasimi bayram konserti ilə sona çatıb.

Qeyd edək ki, hərbçilərin beynəlxalq yarışlarında Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri "Dəniz kuboku", "Tank biatlonu", "Səhra mətbəxi", "Snayper həddi" və "Artilleriya atəşinin ustaları" müsabiqələrində ölkəmizi yüksək səviyyədə təmsil ediblər.

Milli.Az