İranda 9 nəfər daşqınların qurbanı oldu

13 Avqust 2017 10:12

İranın şimal-şərqində 9 nəfər daşqınların qurbanı olub.

Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, daşqınlar zamanı 4 nəfər itkin düşüb. İtkin düşənlər arasında turistlərin də olduğu bildirilir.

Məlumata əsasən, daşqınlar güclü yağış səbəbindən baş verib.

Milli.Az