Rusiyadan Türkiyə açıqlaması: "Etibarlı deyil"

13 Avqust 2017 09:45

Antalyanın körfəz bölgəsi koksaki virusu baxımından etibarlı deyil.

Axar.az xəbər verir ki, bu barədə Rusiyanın "Rospotrebnadzor" adlı qurumunun nümayəndəsi RİA-ya açıqlamasında deyib.

"Apardığımız araşdırmalar göstərdi ki, Antaliyanın sahilyanı əraziləri rus turistlər üçün təhlükəsiz bölgə deyil. Məsələ ilə bağlı Rusiya Xarici İşlər Nazirliyinin də icazəsini almışıq", - deyə bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl Türkiyənin Kəmər, Belek və Side kimi turizm bölgələrində sözügedən qorxunc virusun yayıldığı iddia edilmişdi.

Milli.Az