Bakıda sex və yaxınlıqdakı tikililər yandı

13 Avqust 2017 09:17

Ötən gecə Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 250 m2 olan plasmas boru sexinin yanar konstruksiyaları, içərisində olan plastmas materialları və 5 ədəd dəzgah yanıb.

Milli.Az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yanğın yaxınlıqdakı tikililərə də keçib.

Yanğın saat 01:59-da yanğınsöndürənlər tərəfindən söndürülüb. 

Milli.Az