Bazarda partlayış törədildi: 15 ölü - Pakistanda

13 Avqust 2017 09:03

Pakistanın Kvetta şəhərində bazarda partlayış törədilib, nəticədə 15 nəfər ölüb, 40 nəfər xəsarət alıb. 

APA-nın "Reuters"ə istinadən verdiyi xəbərə görə, bu barədə Pakistan DİN-in Belucistan əyaləti üzrə nümayəndəsi Sarfraj Buqqi deyib.  

Məlumata görə, partlayış motosikletlə hərəkət edən terrorçu-kamikadze tərəfindən törədilib.

İŞİD partlayışa görə məsuliyyəti öz üzərinə götürüb.   

Milli.Az