"Qarabağ"ın ÇL-dəki rəqibi xal itirib

13 Avqust 2017 08:42

Danimarka çempionatında V turun oyunları keçirilir. Milli.Az apasport.az-a istinadən xəbər verir ki, Çempionlar Liqasının pley-offunda "Qarabağ"ın rəqibi olan "Kopenhagen" növbəti matçını keçirib.

Paytaxt təmsilçisi öz meydanında "Horsens"lə görüşüb. 31-ci dəqiqədə məğlub duruma düşən "Kopenhagen" Federiko Santanderin 77-ci dəqiqədki qolu ilə məğlubiyyətdən qaçıb - 1:1.
 
Qeyd edək ki, 5 oyunda 6 xal toplayan "Kopenhagen" 14 komanda arasında 7-cidi.

Milli.Az