Polşada əlverişsiz hava dörd adamın həyatına son qoydu

13 Avqust 2017 08:04

Polşada əlverişsiz hava nəticəsində 4 nəfər həlak olub, 36 nəfər isə xəsarət alıb.

Trend xarici KİV-lərinə istinadən xəbər verir ki, həlak olanlar arasında iki uşaq var.

Güclü külək nəticəsində ağaclar qırılaraq yaşayış binalarına və obyektlərə ziyan vurub.

Proqnozlara görə, güclü külək Polşanın regionlarında bir neçə gün davam edəcək.

Milli.Az