Birmərtəbəli ev yanıb

13 Avqust 2017 07:55

Abşeron rayonu, Masazır qəsəbəsində vətəndaşa məxsus ümumi sahəsi 25 m2 olan taxta konstruksiyalardan ibarət köməkçi tikilinin yanar hissələri və bitişik ümumi sahəsi 225 m2 olan birmərtəbəli evin dam örtüyü 4 m2 sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 15:42-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Milli.Az